Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2014

İranla Rusiya arasında böyük bir neft müqaviləsinin imzalanması gözlənilir

“Reuters”: İranla Rusiya arasında böyük bir neft müqaviləsinin imzalanması gözlənilir

İranla Rusiya arasında böyük bir neft müqaviləsinin imzalanması gözlənilir.

“Fars” xəbər agentliyinin verdiyi məlumata görə, bu barədə “Reuters” agentliyi yazıb.

Xəbərdə bildirilir ki, artıq saziş imza mərhələsindədir: “İki ölkə Cenevrə razılaşmasından sonra İranın Rusiyaya neft ixracını artırmağa yönəlmiş böyük bir razılaşmanın eşiyindədir. Hətta bəzi mənbələr razılaşmada son mərhələyə gəlindiyini bildirirlər. Sazişə əsasən, İran Rusiyadan idxal edəcəyi məhsulların əvəzində bu ölkəyə gündəlik 500 min barel xam neft ixrac edəcək”.

Məlumatda həmçinin razılaşma ilə bağlı müzakirələrin çox yaxşı irəlilədiyi, indi isə müqavilənin imzalanması tarixi üzərində işlənildiyi qeyd olunub.
1667 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
14.08.17, 21:47