Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2014

Windows 9 gəlir!

Windows 9-un sınaq göstərişi versiyasını 2014-cü ilin ikinci yarısında meydana çıxaracaq

Yeni meydana çıxan məlumatlara görə Microsoft, Windows 8-i davam etdirəcək yeni əməliyyat sistemini bu il test etməyə başlayacaq.

İnterAz xəbər verir ki, Windows 8.1 ilə sensorlu əməliyyat sistemini bir mənada cilalayan Microsoft, Çindən sızan xəbərlərə görə Windows 9-un sınaq göstərişi versiyasını 2014-cü ilin ikinci yarısında meydana çıxaracaq. "Win8China"ın verdiyi məlumata görə Windowsun növbəti böyük versiyası, hazırda "Threshold" kod adı altında inkişaf etdirilən əməliyyat sistemidir.

Başqa yeni hesabata görə isə Windows 8.1, 2014-cü ilin aprelində bir növ xidmət paketi yenilənməsi alacaq. Yeniləmənin müxtəlif performans və funksiya inkişaf etdirmələri təqdim edəcəyindən adı "Windows 8.2 "olmayacaq. Bunun əvəzinə Microsoftun "Windows 8.1 Update 1" və ya "Windows 8.1 Plus" kimi bir ad istifadə edəcəyi düşünülür.

Əməliyyat sisteminə yeni funksiyalar əlavə olan Windows 8.2 aktuallaşdırması isə Win8China-ya görə Windows 8.1-dən bir il sonra, yəni 2014-cü ilin oktyabrınnda meydana çıxacaq.
1357 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 14:38