Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2014

Volqoqradda vəziyyət kəskinləşir: etnik partlayış

“Volqoqradda miqrantlara qarşı münasibət çox kəskinləşib”.

Bu sözləri “Axar.az”a adının açıqlanmasını istəməyən Volqoqraddakı soydaşımız deyib.

O, Volqoqrad hadisələrindən sonra hücumların artdığını bildirib: “Onsuz da Volqoqradda terror aktından öncə də vəziyyət pis idi. Əvvəlki şəraitdən əsər-əlamət qalmayıb. İndi elə bil biz başqa planetdənik”.

Soydaşımız həmçinin terror aktından sonra küçələrə nəzarətin artdığını da bildirib. O, artıq dəqiqəbaşı yoxlanıldıqlarını, onlardan sənəd tələb edildiyini deyib: “Küçəyə gəzməyə çıxmaq mümkün deyil. Axşam OMON, ya polis bir nəfər qeyri-rus görən kimi başlayır sorğu-suala. Bunu baş düşürəm, amma hər dəqiqəbaşı tanıdıqları insanlara qarşı qəribə münasibət göstərməyin mənası nədir axı?”

Soydaşımız həmçinin nasistlərin şəhərdə artdığını da söyləyib. Onun sözlərinə görə, onlara burada sərbəst şərait yaradıblar: “Nasistlərə burada sərbəstlik verilib. Yolda kimi gördülər ya söz atır, ya da hücum edirlər. Ancaq gəl gör, onlara kimsə söz deyə bilərmi? Dünən isə mənim bir özbək dostumu döydülər. Polis isə gəlib düz yanımızdan keçdi. Düzdür, aralarında insaflıları da var, lakin fırıldaqları daha çoxdur. Demək olar ki, hər gün heç birimizin burada qalmayacağımızı, hamımızı öldürüləcəklərini deyirlər”.
1650 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 12:04
Kadırov: “Putinə h