Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2014

Ağsu müəllimlərinə paltar satdırırlar

Ağsu rayonunun orta məktıəblərində çalışan hər müəllimə 2 ədəd dəst şəkildə şagird forması satılmaq üçün verilib. Formaları sata bilməyən müəllimlər isə pulunu özləri ödəməli olacaqlar.

Bu sözlər adının açıqlanmasını istəməyən Ağsu məktəb müəlliminin "Axar.az"a şikayətindəndir. Müəllimin sözlərinə görə, formanın qiyməti 37 manat, özü çox keyfiyyətsizdir: “Formalar o qədər böyük və yöndəmsizdir ki, heç bir şagirdin əyninə olmur. Bizə tapşırılıb ki, məcburi satılsın. Satılsa da, onsuz, heç kim onu geyinmir".

Müəllim bildirir ki, bu haldan narazı olan şagirdlər də məsələ ilə bağlı ölçü götürülməsini istəyir.

“Müalicədəyəm, xəbərim yoxdur”

Ağsu Təhsil şöbəsinin müdiri Tahir Xası şikayətlə bağlı bildirdi ki, narazılığın səbəbini anlamaqda çətinlik çəkir:

“Ağsu məktəbləri ilə bağlı mətbuata tez-tez şikayətlər gəlir. Bu şikayətlərin hardan qaynaqlandığını bilmirəm. Əgər belə bir hadisə yaşanıbsa, ilk növbədə mənə xəbər edilməlidir. Bəlkə də mənim xəbərim olmadan kimsə qeyri-qanuni işlərlə məşğul olur? Mən artıq iki həftəyə yaxındır ki, Bilgəh kardioloji sanatoriyasında müalicə alıram. Ona görə də baş verən hadisələrdən tam olaraq xəbərdar deyiləm”.
1538 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16,