Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2014

"Ölkənin böhrandan yeganə çıxış yolu azad seçkilərdir"

"Biz bu sülalə hakimiyyətini, monarxiya diktaturasını qəbul edə bilmərik"

İslamazeri.az-ın “Fars” xəbər agentlyinə istinadən verdiyi xəbərə əsasən, dünən Bəhreynin paytaxtı Manamadakı cümə namazında mühüm siyasi mətləblərdən söz açılıb.
Cümə xətibi şeyx İsa Qasim əsasən Bəhreynin daxili məsələlərinə toxunub.

Ayətullah İsa Qasim Bəhreyndə yaranan böhranın həlli yolunun yalnız azad seçkilərdən keçdiyini bildirərək deyib: “Bizim bu qaranlıq böhrandan çıxmağımız üçün siyasi islahatlara ehtiyacımız var. Bu islahat da hakimiyyətin ümumxalq referendumu ilə təmin olunmasıdır. Seçkilər olmadan danışıqlar heç zaman bu problemləri həll etməyəcəkdir.”

Manama cümə namazı xətibi sözlərinin davamında deyib: "Biz bu sülalə hakimiyyətini, monarxiya diktaturasını qəbul edə bilmərik. Bu xalq əsrlərdir belə vəziyyətdən əziyyət çəkir və artıq cana doyub. Lakin biz qanuni huquqlarımız uğrunda elə qanuni yollarla mübarizə aparırıq. Biz silahsız halda rejim silahları qarşısına çıxıb dinc etiraz aksiyaları keçiririk. Bizi öldürsələr də bu yoldan çəkinmirik. Çünki biz qanın qılınca qalib gəldiyini bilirik. Terror bizim mübarizə üsulumuz deyil. Və bir daha vurğulayırıq ki, ölkənin böhrandan yeganə çıxış yolu azad seçkilərdir."
1519 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...