Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2014

İraqda “əl-Qaidə”nin yerli filialının əsas maliyyəçisi həbs edilib

“İraq İslam Dövləti və Levant” (İİDL) ekstremist qruplaşmasının əsas maliyyəçisi Əbu Səfaa əl-Dimaşki İraq xüsusi xidmətləri tərəfindən həbs edilib.

SalamNews-un İTAR-TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə “əl-Məyadin” telekanalı məlumat yayıb.

Məlumata əsasən, terrorçu İraqın Ənbar əyalətinin yaşayış olmayan rayonunda ələ keçirilib.

“İki nömrəli insan” uzun müddət İraq hüquq-mühafizə orqanlarının hədəfində olub, belə ki, İİDL-in ehtiyacları üçün xarici himayədarlardan dəstək onun vasitəsilə gəlirdi.

Təhlükəli cinayətkarın ələ keçirilməsi əməliyyatının təfərrüatı bildirilməsə də, İraq xüsusi xidmətlərinin bu uğurunun ekstremistlərin mövqeyinə ciddi zərbə olduğu və bunun ardınca bir neçə bu cür, eləcə də “əl-Qaidə” ilə gizli təması dəstəkləyən yerli polis dairələrində həbsin baş tutacağına zəmin yarada biləcəyi vurğulanır.
1438 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber