Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2014

Məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib

Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib, zərərçəkənlər var

Bakının Nərimanov rayonunda, Heydər Əliyev prospekti 81 ünvanında yerləşən yaşayış binasında yanğın artıq söndürülüb.

Apa-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, yanğın Nərimanov rayonu ərazisində yerləşən, hazırda məcburi köçkünlərin məskunlaşdığı 3 saylı texniki-peşə məktəbində baş verib. Yanğın binanın 3-cü mərtəbəsində yerləşən, hazırda yaşayış olmayan mənzildə baş verib.

Qeyd edək ki, yanğın nəticəsində bir neçə sakində tüstüdən zəhərlənmə halı qeydə alınıb.

Zərərçəkmiş şəxslərə hadisə yerinə çağırılmış “təcili yardım” həkimləri tərəfindən tibbi yardım göstərilib.

Hadisə yerinə FHN Dövlət Yanğından Mühafızə Xidmətinin 6 yanğınsöndürən briqadası cəlb olunub.
1795 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi