Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2013

Qəddafinin bacanağını edam gözləyir

Haaqa tribunalı Liviyanın keçmiş diktatoru Qəddafinin kəşfiyyat xidmətinin rəhbəri olmuş Abdulla əl-Senussinin işinə öz ölkəsində baxılmasının mümkünlüyünü bildirib. Bu barədə məhkəmənin saytındakı məlumatda bildilir.

AzNews xəbər verir ki, Haaqa tribunalı kəşfiyyat şefinin işinə öz ölkəsində ədalətli baxılacağına inamını ifadə edib.
Bununla yanaşı Haaqa məhkəməsi bu qərarın Qəddafinin oğlu Seyf əl-İslama şamil olunmadığını açıqlayıb.

Ancaq mühakimə edilən tərəf bu qərarla razılaşmayıb. Senussinin vəkili Ben Emmerson bildirib ki, qərar onlarda narahatlıq yaradıb: “Bu o deməkdir ki, Senussi kütlənin məhkəməsinə veriləcək”.

Onun fikrincə, Liviya məhkəməsi Qəddafinin ən yaxınlarından biri hesab edilən bu şəxsi ölüm hökmünə məhkum edəcək.

Qeyd edək ki, Senussi M.Qəddafinin baldizi ilə evlidir.
1660 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber