Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2014

Üçüncü tərəfin Suriya münaqişəsinə müdaxiləsinə qarşıyıq

Möhsün Pak Ayin: “İran üçüncü tərəfin Suriya münaqişəsinə müdaxilə etməsinə qarşı çıxış edir”

İran Suriyadakı münaqişənin siyasi yolla çözülməsini dəstəkləyir. Bu barədə İRNA agentliyinə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.

Onun sözlərinə görə, İran üçüncü tərəfin Suriya münaqişəsinə müdaxilə etməsinə qarşı çıxış edir. Diplomat vurğulayıb ki, onun təmsil etdiyi ölkə Suriyada zorakılıq və atəşin dayandırılması üçün ölkə hökumətini və xalqını dəstəkləyəcək: “İran həmişə regional münaqişələrin, xüsusi ilə Suriyadakı münaqişənin sülh yolu ilə həll edilməsində aparıcı rol oynamağa hazır olduğunu bildirib”.

M.P.Ayin terrorla mübarizənin vacibliyini vurğulayaraq əlavə edib ki, terrorçuları silahla təchiz edən ölkələr öz əməllərinə görə məsuliyyət daşımalıdır.
1430 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP