Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2014

Gülər Əhmədova “gecə gəzintisi” iddiasına cavab verdi

“Şər-böhtandır, ortaya sübut qoysunlar”

Keçmiş deputatın ayağı tutulub

Üç il azadlıqdan məhrum edilmiş keçmiş deputat Gülər Əhmədova hazırda həbsdə olsa da, saxlanıldığı Bakı istintaq təcridxanasından ara-sıra şəhərə gəzməyə çıxarılır. Bu barədə "Yeni Müsavat" qəzetinin yaydığı məlumatda bildirilir ki, əsasən gecələr təşkil olunan və səhərə qədər davam edən gəzinti zamanı Gülər Əhmədova şəhəri, restoranları gəzir. Bütün bunlar isə deputatlardan birinin köməyilə həyata keçirilir və Penitensiar Xidmət rəhbərliyi də baş verənlərdən məlumatlıdır.
Gülər Əhmədova barəsində yayılan bu məlumatı cəfəngiyyat adlandırıb. Bu barədə "Azadlıq"a məlumat verən sabiq deputatın vəkili Əfsər Talıbov bildirib ki, o, dünən səhər saatlarında Kürdəxanıdakı istintaq təcridxanasında Gülər Əhmədova ilə görüşüb: "Yayılan məlumat ətrafında söhbətimiz oldu. Təbii ki, bu barədə yazılanlar şər-böhtandır. Gülər xanım da tələb edir ki, yazıblarsa, ortaya sübut qoysunlar. Təcridxana gizli bir otaq deyil ki, kim istəsə çıxıb-girsin. Ora hərbçilər tərəfindən mühafizə olunur".
Vəkilin sözlərinə görə, dünən təcridxananın rəisi də bu məsələ ilə əlaqədar onu qəbul edib və o görüşdə də məlumatın yalan olduğu bir daha vurğulanıb.
"Gülər Əhmədova canı ilə əlləşir. Biz çox şeyi mətbuata danışmırıq. Hazırda Gülər xanımın sol ayağı tutulub, zorla yeriyir. Bu durumda olan adamın guya, restoranı gəzdiyini yazmaq cəfəngiyyatdır", - deyə Əfsər Talıbov əlavə edib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov da "Azadlıq"a açıqlamasında yayılan məlumatın yalan olduğunu bildirib: "O qədər cəfəngiyyatdır ki, bunu təkzib etmək belə artıqdır. Əlbəttə ki, yalandır, belə bir şey ola bilməz".
1570 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı