Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2014

Dünyaya meydan oxuyan ABŞ-dan "sızır"

ABŞ-da kimyəvi maddələrin sızması nəticəsində 800 nəfər zəhərlənib

ABŞ-ın Qərbi Virciniya ştatında yerli Elk çayına kimyəvi maddələrin sızması nəticəsində 800-dək insan tibbi yardımın göstərilməsi üçün xəstəxanalara müraciət edib.

“İTAR-TASS”ın verdiyi xəbərə görə, bu barədə ötən gün ştatın səhiyyə departamentinin nümayəndəsi Elizabet Şerman bildirib. Onun sözlərinə görə, 5 nəfər xəstəxanaya yerləşdirilib.

“787 insan səhhətində naxoşluğun yaranması səbəbindən təcili yardım xidmətlərinə müraciə edib. Həmçinin ev heyvanlarının səhhətində yaranmış problemlərlə əlaqədar 54 müraciət qeydə alınıb. Zərərçəkənlərin hamısında ürəkbulanma, qusma, mədə-bağırsaq pozuntusu, dəridə səpki və başgicəllənmə müşahidə olunur”, deyə o bildirib.
Qeyd edək ki, kimyəvi maddələrin sızması yanvarın 9-da Çarlston şəhərindəki Freedom Industries kimyəvi zavodda baş verib. Nəticədə metiltsikloqen adlı kimyəvi maddənin bir hissəsi çaya, buradan isə şəhərin su təchizatı sisteminə keçib.

Qərbi Virciniya ştatının qubernatoru Erl Rey Tomblin ştatın 9 dairəsində fövqəladə vəziyyət rejimi elan edib. Mənzillərə verilən suyu yalnız texniki məqsədlər üçün istifadə etmək icazə verilir. Qadağa ümumilikdə 300 min insanı əhatə edib.

Hazırda zərərçəkmiş rayonlara 1,4 mln. litr içməli su gətirilib, onun əhali arasında paylanılması üçün xüsusi məntəqələr yaradılıb./apa/
1377 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber