Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2014

Rusiya Qafqazda möhkəmlənəcək

STRATFOR: Rusiya Qafqazda möhkəmlənəcək

Amerikanın Stratfor Analitik Mərkəzinin proqnozuna görə, 2014-cü ildə Rusiya dünyadakı köhnə mövqelərini saxlamağa və yeni mövqelər qazanmağa cəhd göstərəcək. Ölkə çevik xarici siyasətini və kompromislərə getmək bacarığını da saxlayacaq.
Moskva mürəkkəb məsələlərin həllində vasitəçi olacaq və Yaxın Şərqdə mövqeyini, Çin və Yaponiya ilə münasibətlərini yaxşılaşdıracaq.
Kreml Gürcüstanla Moldovanın Avropa İttifaqı ilə yaxınlaşmasına əngəl ola bilər, Azərbaycan və Ermənistana təsirini möhkəmləndirə bilər, 2015-ci ildə Ukraynada keçiriləcək prezident seçkilərinə mühüm təsir göstərə bilər. Avrasiya Tərəfdaşlığı layihəsi isə Mərkəzi Asiya ölkələrinin hesabına möhkəmlənəcək və genişlənəcək. Aİ bu işdə Rusiyaya mane olmayacaq.
Lakin tanınmış politoloq və MKİ-nin analitiki Pol Qobl “Amerikanın səsi”nə bildirib ki, Rusiyanın dünyadakı nüfuzunu şişirdən
Stratfor-un proqnozunu skeptik qarşılayır.
“Onların analizlərinin nəticəsində Moskva əslində olduğundan daha güclü, Qərb isə zəif görünür. Mən düşünmürəm ki, Moskva bu il “yaxın xaricdə” əvvəllər olduğundan daha da uğurlu olsun”, - Qobl vurğulayıb.
Eyni zamanda Rusiyanın daxilində ciddi çağırışlar da az deyil: Kremldaxili fikir ayrılıqları, qeyri-sabit iqtisadi durum və Putinin artmaqda olan avtoritarizmi davamlı sabitlik üçün pis alət kimi xidmət edir. Uzun perspektivdə hakimiyyətin bir liderin əlində cəmləşməsi Rusiyada sabitliyin əleyhinədir
“Rusiya dövlətinin dirçəldilməsi üçün Putinin istifadə etdiyi alətlər köhnəlib. Qeyri-sağlam iqtisadiyyat sosial narazılıqlara səbəb olacaq, bu iğtişaşların idarə olunması üçün istifadə edilən ənənəvi dövlət mexanizmləri öz təsirini itirir. Putin Kremldə və küçələrdə artan qeyri-sabitliyin öhdəsindən gələ bilər, lakin bu proses zamanı o, dövləti daha çox özündən asılı vəziyyətə salacaq”, - Stratfor-un analizində deyilir.
“Stratfor-un analizi Rusiyada artmaqda olan daxili böhranın bəzi mühüm komponentlərini, o cümlədən regional iğtişaşların eskalasiyası, etnik canlanma dalğası, cəmiyyətin dini qütbləşməsi və separatçı əhval-ruhiyyənin artmasını nəzərə almır.
Halbuki, Şimali Qafqaz Rusiyada barıt çəlləyi olaraq qalır, bikford fitili Rusiya Federasyası boyunca yayılıb – Kalininqraddan tutmuş Sibirdə Orta Povoljye və Uzaq Şərqə qədər”, Buqayski “Amerikanın səsi”nə bildirib.
Rusiya ötən il keçmiş SSRİ ölkələrində qazandığı uğurları möhkəmləndirməyə çalışır. Bu il Urkayna üçün qeyri-stabil olacaq. Lakin Kiyev 2015-ci ilin əvvəlinə təyin olunmuş prezident seçkilərinə qədər Rusiyanın iqtisadi və siyasi təsiri altında olacaq. Qərb Vitali Kliçko kimi müxalifət liderlərini dəstəkləyəcək, lakin Rusiya Ukraynada üstünlüyünü saxlaya biləcək.
Moldova və Gürcüstan Rusiya və Qərb arasında əsas qarşıdurma nöqtələri olacaq. Bu ölkələri Ukraynanın Rusiya tərəfindən üzləşdiyi siyasi və iqtisadi təzyiq kimi təzyiqlər gözləyə bilər. Rusiya onların Avropa İttifaqı ilə yaxınlaşmasının qarşısını almaq üçün maksimum səy göstərəcək, Stratfor ekspertləri hesab edirlər.
Rusiya Ukrayna ilə çox uğraşacaq, odur ki, Gürcüstan və Moldovaya qarşı bu cür sərt mövqe tutması bir qədər şübhəlidir, Vaşinqtondakı Ceymstaun Fondunun prezidenti Qlen Hovard etiraz edib. Onun fikrincə, Vladimir Putinin postsovet dövlətlərində nüfuzunu qoruyub saxlamaq cəhdləri onun özünün Kremldəki mövqeyinin təhlükəsizliyinə qorxu yaradır.
Hovardın fikrincə, Gürcüstanın Avropa İttifaqına daxil olması üçün dəstək Ukraynada olduğundan daha güclüdür, hətta Vladimir Putin Ukraynada olduğu kimi belə pressinqdən istifadəyə cəhd göstərsə də onun səyləri uğursuzluğa düçar olacaq.
Rusiya bu il üç Qafqaz dövlətində mövqelərini saxlayacaq, baxmayaraq ki, Amerika-İran danışıqları İran və Türkiyənin tədricən regionda fəallaşması üçün qapı açacaq. İran Azərbaycanda sosial və siyasi təsirini artırmağa çalışacaq. Türkiyə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ üzrə danışıqlarda vasitəçi olmağa və Ermənistanla münasibətləri bərpa etməyə cəhd göstərəcək. Bununla belə Türkiyə və İran bu il Qafqazda mühüm irəıliləyişə nail olmaq üçün başqa sahələrdə də çox ciddi məsələləri həll etməlidirlər. Bu da Rusiyaya regionda üstün rolunu qoruyub saxlamağa imkan verəcək./Turan/Deyerler
1512 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı