Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2014

Galaxy S5 gəlir

Anonim mənbələrə istinadən Bloomberg agentliyinin yaydığı məlumata əsasən, Samsung şirkəti 2014-cü ilin aprelində Galaxy S5 smartfonunu buraxacaq.

Agentliyin məlumatına görə, aparata gözün tor qişasının skaneri quraşdırılacaq. O, insanların identifikasiyasında istifadə olunacaq.

Bloomberg agentliyi, həmçinin qeyd edib ki, Galaxy S5 ilə eyni anda Galaxy Gear smart saatlarının yeni nəsli təqdim ediləcək. Bu haqda Samsung-un mobil bölməsinin vitse-prezidenti Li Yen Xi agentliyə məlumat verib.

Li Yen Xinin sözlərinə görə, yeni saat 2013-cü ilin sentyabrında çıxarılmış birinci nəsillə müqayisədə daha geniş imkanlara malik olacaq və qurğunun korpusu daha incə olacaq.

Samsungun vitse-prezidenti Galaxy S5 smartfonu haqqında ətraflı məlumat verməkdən imtina edib.
Samsung dünyanın ən böyük mobil aparat istehsalçısıdır. Şirkətin smartfon və planşetlərinin əksəriyyəti, Galaxy S xəttinə aid aparatlar daxil olmaqla, Android əməliyyat sistemi ilə işləyir./ICTnews/
1365 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 07:42