Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2014

12 yanvarda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Yanvarın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam havanın tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağıntılı olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 0-4, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Yanvarın 12-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.
1525 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber