Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2014

Almaniya Fətullah Güləni "mafiya atası" adlandırdı

Türkiyədə “Gülən Camaat"ı ilə AKP arasındakı iqtidar savaşı Alman mətbuatında da geniş yer alıb.

“Axar.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniyanın öndə gələn xəbər portallarından "Der Spiegel" "Gülən Hərəkatı: Der Pate (Mafiya atası)" başlıqlı xəbərində Gülən camaatının Almaniyada necə təşkilatlandığı barədə yazıb.

Daha əvvəl də eyni başlıqla Gülən camaatı ilə bağlı xəbər yazan və camaatın sərt reaksiyasına gətirib çıxaran hətta jurnalın rəhbərliyinə qarşı yalan xəbər verməsi ilə bağlı ittihamlara gətirib çıxarmışdı.

“Der Spiegel” Ərdoğanın Gülən kurslarını bağlatdırması səbəbindən Gülən camaatının qisas aldığını yazır.

“Güclü Şəbəkə, mafiya atası” başlığında verilən xəbərdə Türkiyədə Gülən camaatı “dövlət içində dövlət yaratmaq”da ittiham edilir.

Daha sonra məqalədə Fəthullah Gülənin Türkiyəni islamlaşdırmaq istəyindən sonra onun barəsində qərar verilir və bu qərar 1999 -ci ildə onun Amerikaya qaçmasına gətirib çıxarır.

Gülən camaatı tərəfdarlarının təxminən 140 ölkədə media qurumlarına, xəstəxanalara, məktəblərə və banklara sahib olduğu həmçinin onların Ərdoğanla kürd siyasəti və xarici siyasətdə fikir ayrılıqlarının olduğunu qeyd edir.

Gülən camaatının yurdlarda yeni nəsil yetişdirdiyi və bunların özlərini “İşığın Əsgərləri” adlandıraraq məqsədlərinin İslam cəmiyyəti yaratmaq olduğu, iş həyatında, siyasətdə, təhsildə və məhkəmədə söz sahibi olmaq istədikləri yazılır.
1596 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP