Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2014

Ət alarkən diqqətli olun!

Ortada 700 kiloqramdan çox ət var. Bu qədər ətin maddi dəyəri isə təxminən 7 min manatdır.
Sahibkar ətin yararlı, baytarlıq idarəsinin əməkdaşları isə yararsız olduğunu iddia edirlər.
Görüntülər Bakı şəhər Baytarlıq idarəsininin əməkdaşlarının Səbail rayonunda keçirdiyi reyddəndir. Baytarlıq əməkdaşları Hamlet Əliyevə məxsus sexde keçirddiyi reyd zamanı bir tərəfdə anti-sanitar vəziyyətin höküm sürdüyü, digər tərəfdə satışda olan ətin bəzilərinin qaraldığı və mənşəyinin məlum olmadığı müşahədə edilib.
Amma İddialarla ət sexinin labaratoriya həkimi və sahibkar Hamlet Əliyev razılaşmırlar.
Baytarlıq idarəsinin əməkdşları həmin ətlərdən nümunələr götürərək labaratopriyaya aparıblar. Respublika baytarlıq labaratoriyasında yoxlanılan ətin 280 kiloqramında 6 mexaniki və bakterioloji çirklənmə müəyyən edilib. Qeyd edək ki, bir neçə vaxtdı fəaliyyət göstərən həmin yerdəki ətlər paytaxtın restoran və dönərxanalarına satılırmış./xəzərxəbər/
1473 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber