Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2014

Snouden Avropa Parlamentində

O, vətəndaş azadlığı komitəsində şahidlik edəcək

“Euronews” telekanalının verdiyi məlumata görə, Avropa Parlamentinin vətəndaş azadlıqları komitəsi Edvard Snoudenin xüsusi dinləmə palatasında şahidlik etməsi üçün səs verib. Bu təklif parlamentarilər arasında fikir ayrılığına səbəb olmuş, ABŞ-Avropa Birliyi əlaqələrini risk altında qoymuşdu.
Təklif gələn ay parlament səsverməsi ilə təsdiqlənərsə, dinləmə aprel ayında baş tutacaq. Vətəndaş azadlığı komitəsində bu təklifə 36 nəfər lehinə, 2 nəfər əleyhinə səs verib, 1 nəfər iştirak etməyib. ABŞ Milli Təhlükəsizlik Agentliyinin sabiq işçisi ona müvəqqəti sığınacağın verildiyi Rusiyadan video əlaqə vasitəsi ilə də şahidlik edə bilərdi. Vaşinqton casusluq ittihamı ilə məsuliyyətə cəlb etmək üçün Snoudenin ABŞ-a təslim edilməsinə çalışır.
Snouden ABŞ Milli Təhlükəsizlik Idarəsinin telefonlar və elektron poçt məlumatlarını izləməsi də daxil olmaqla, casusluq fəaliyyətləri haqqında sənədlər haqqında məlumatı yaydıqdan sonra ölkədən qaçıb getmişdi.
Almaniya kansleri Angela Merkelin mobil telefonunun izlənməsi ilə bağlı xəbərlər Avropa Birliyində səs-küyə səbəb olmuşdu.
Bunlara baxmayaraq, bəzi sağ-mərkəzçi parlamentarilər Snoudenin gəlib danışmasına etiraz etmişdilər. Digər parlamentarilər isə bu fikirlə razı olsalar da, bu danışıqların nə məqsəd daşıdığını bilmək istəyirlər. “O, bizə üstü açılmamış daha nə deyə bilər?” deyə alman parlamentari Aksel Voss dekabrda belə bir sual vermişdi.
Qeyd edək ki, Voss Angela Merkelin başçılıq etdiyi xristian-demokratlarındandır və Avropa Xalq Partiyasında sağ-mərkəzçi qrupunda yer alır./azadlıq/
1322 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:04
Mədə ağrıları