Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2014

Fələstinli qızdan Şaronun ölümünə ilginc

"Bütün israilli qatillər eynilə Şaron kimi öləcək, amma biz dirənişimizi davam etdirəcəyik".

İsrailin illərdir tətbiq etdiyi embarqoya baxmayaraq, mübarizəyə davam edən qəzzalı gənclər, 8 ilə yaxın komada qaldıqdan sonra bu gün dünyasını dəyişən İsrailin sabiq baş naziri Ariel Şaronun ölümünə olduqca sevindiklərini bildiriblər.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Şaronu həm ölkə daxilində, həm də xaricdə fələstinlilərə yönəlik qətliamlarda, Fələstin liderlərinə qarşı sui-qəsdlərdə suçlayan, onu "qan tökən siyasətçi" adlandırılan qəzzalı gənclər "Şaron öldü, amma Fələstinin dirənişi hələ də canlılığını saxlayır" deyib.

Mühəndislik fakültəsinin tələbəsi Məryəm Sakr deyib: "Fələstin xalqı ilə savaşan bütün israilli qatillər eynilə Şaron kimi öləcək, amma biz dirənişimizi davam etdirəcəyik".

Şaronun Fələstin xalqına yönəlik bütün qətliamlarda payı olduğunu bildirən Məryəm Sakr "Fəlistinlilər yıxılan evləri, öldürülən məsumları və bütün bunlara səbəb olan Şaronu əsla unutmayacaq" deyib.
1655 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP