Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2014

Həbsdəki gömrük rəisinə “sus” mesajı verilib

Məlahət Nəsibova: «Mirməhəmməd Seyidovun korrupsiya fəaliyyəti heç kimə sirr deyildi»

Türkiyədə həyata keçirilən antikorrupsiya əməliyyatında Naxçıvanın Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidovun da həbs olunduğu haqda məlumat vermişdik. Məlumata görə, Naxçıvanla sərhəddəki Dilucu gömrük keçid məntəqəsində həyata keçirilən rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində o, Qarsda tutulub.
Bu hadisənin üstündən bir müddət keçsə də Azərbaycan tərəfi heç bir reaksiya sərgiləmir, gömrük rəisinin əməlləri haqqında məlumat verilmir.
“Azadlıq”a sızan məlumata görə, Azərbaycan hakimiyyəti bu məsələdən çox narahatdır və Seyidovun nələrisə danışa biləcəyindən ehtiyat edirlər. Mənbə bildirir ki, Mirməhəmməd Seyidov Azərbaycanda fəaliyyət göstərən iri holdinqlərdən birinin rəhbərinin yaxın qohumudur. Və bu adam həmin holdinqin xətti ilə Türkiyədə böyük layihələr həyata keçirirmiş. Həmin holdinqin isə ölkənin rəhbər şəxsləri ilə bağlılığı bildirilir. Məlumata görə, Azərbaycan tərəfdən Mirməhəmməd Seyidova məlumat sızdırılıb ki, müxtəlif yollarla azadlığa çıxması təmin ediləcək. Bütün bu jestlər isə Seyidovun bildiklərini danışmaması üçün həyata keçirilir.
Bəs, Naxçıvanda bu məsələ ətrafında hansı proseslər gedir?
Naxçıvanlı hüquq müdafiəçisi Məlahət Nəsibova “Azadlıq”a açıqlamasında bildirdi ki, onda olan məlumata görə, Naxçıvan gömrüyündə müəyyən yoxlamalar həyata keçirilir və bu hadisə insanlar arasında ajiotaj yaradıb: “Mirməhəmməd Seyidovun həbs xəbəri yayılanda insanların ilk reaksiyası ”camaatın qarğışı tutdu" oldu. Çünki bu adam gömrükdə insanların incidilməsində, iş adamlarının döyülməsində əsas rol oynayan şəxslərdəndir. Təsəvvür edin ki, Türkiyə ilə 15 kilometr məsafədə yaşayan adamlar gedib hansısa ərzağı ala bilmir. Çünki süni maneələr yaradırlar, süründürməçilik edirlər. Hər sahənin öz monopolisti var və yalnız bu adamlar fəaliyyət göstərə bilir. Ona görə də Mirməhəmməd Seyidovun korrupsiyaya bulaşması heç kimdə şübhə doğurmurdu. Bu hadisədən sonra insanlar danışırlar ki, “bu adamın gözü burdakı pullarla doymayıb, Türkiyədə də saxta işlər görürmüş”. Məndə olan məlumata görə, hazırda onun işçilərinin fəaliyyəti yoxlanılır, gömrükdə müəyyən əməliyyatlar keçirilir. Mən də bu məsələ ilə bağlı geniş araşdırma aparıb ictimaiyyətə təqdim edəcəm"./azadlıq/
1605 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı