Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2013

Suriya üçün Əfqanıstanda təlimlər gedir

Rusiyanın Xarici işlər Naziri Sergey Lavrov Moskvada Kuveytli həmkarı ilə danışıqlar aparıb. Rusiyalı nazir Suriya münaqişəsinin həlli üçün göstərdiyi səyləri, o cümlədən qaçqınlara göstərilən yardımı yüksək qiymətləndirib. Lavrov qeyd edib ki, Suriya böhranını çözmək məqsədi daşıyan Cenevrə 2 konfransı ən qısa zamanda keçirilməli və həmin sammitdə münaqişənin hər iki tərəfi iştirak etməlidir. Onun sözlərinə görə kimyəvi silahların ləğvi ilə bağlı missiya uğurlu şəkildə həyata keçərsə, bu Rusiya və ABŞ-ın Suriya ilə bağlı birgə təşəbbüsü üçün “ideal şərait” yaradacaq.

“Suriyada kimyəvi silahların zərərsizləşdirilməsi prosesini alt-üst etməyə çalışan hər kəsə xatırlatmaq istəyirəm ki, BMT-nin 2118 saylı Qətnaməsinə əsasən bütün prosesin təhlükəsizliyinə görə və Kimyəvi Silahların Ləğvi Təşkilatının və Təhlükəsizlik şurasının qətnaməsinin tam şəkildə həyata keçməsinə görə məsuliyyət nəzərdə tutulub. Bu məsuliyyət yalnız Suriya höküməti deyil, həmçinin bütün müxalifətin, o cümlədən ərazisində kimyəvi silahlarla bağlı hər hansı fəaliyyətə qadağa qoyulmuş ölkələrə, Suriyanın qonşularının üzərinə düşür”.

Xarici işlər naziri həmçinin haşiyə çıxaraq, bəzi üçüncü dövlətlərin Əfqanıstanda hökümətin nəzarətində olmayan ərazilərdə Suriya müharibəsi üçün döyüşçülər hazırladığını diqqətə çatdırıb.

Orada həmin ekstrimistlərlə hərbi məqsədlərlə zəhərli maddələrdən istifadəni öyrədildiyini deyib. “Biz qəti olaraq hər hansı təxribata qarşı çıxırıq.” deyə Lavrov bildirib.

Suriya ilə yanaşı Xarici işlər nazirləri ikitərəfli əməkdaşlıq ətrafında birgə planları və bir sıra beynəlxalq məsələləri müzakirə edib./presspost
1566 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı