Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2014

ABŞ "Çinliləri öldürək" deyən uşağı müdafiə etdi

ABŞ-da "ABC" televiziya proqramında "Borçlarımızdan xilas olmaq üçün Çindəki hər kəsi öldürək " deyən 6 yaşındakı uşağa ABŞ sahib çıxıb.

"Axar.az" xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın ən məşhur şou proqramlarından olan "Jimmy Kimmel Lives"də ABŞ-ın Çinə olan 1.3 trilyon dollar borcunu necə ödənilməsinə dair zarafat edilərkən, 6 yaşındakı uşaq Çində hər kəsi öldürərək deyə cavab verib.

ABŞ-da yaşayan çinlilər buna etiraz olaraq "ABC" televiziyası qarşısında etiraz nümayişi keçirib. Pekin Rəhbərliyi də ABŞ-a nota göndərib. Bundan sonrakı proqramda "ABC" Çindən üzr istəyib. Lakin etirazlar getdikcə böyüyüb. Ağ Evin internet saytında şou proqramın nümayişinin aradan qaldırılması üçün 105 mindən çox imza toplanıb.

Ağ ev rəhbərliyi isə proqramın üzr istədiyini və 6 yaşı müdafiə edərək hər kəsin fikir azadlığını ifadə etmək hüququnun olduğunu deyib.
1616 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber