Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2014

Maydan ABŞ və AB-ə müraciət qərarı verib

Maydanda Xalq Məclisi iştirakçıları daxili işlər naziri Vitali Zaxarçenkoya və Ukrayna hakimiyyətinin digər nümayəndələrinə qarşı sanksiyaların tətbiq edilməsi xahişi ilə ABŞ və Avropa Birliyinə müraciətin qəbul olunmasına səs verib. Səsvermədən əvvəl «Batkivşina» fraksiyasının lideri Arseniy Yatsenyuk məlumat verib ki, yanvarın 15-də ABŞ-da Senatın beynəlxalq məsələlər komitəsinin iclası keçiriləcək və bu iclasda Ukrayna ilə bağlı dinləmə olacaq. «ABŞ Ukrayna xalqına hərtərəfli dəstək göstərməyə hazırdır», - deyə Yatsenyuk qeyd edib. Müxalifət lideri keçmiş xarici işlər naziri Boris Tarasyukun Maydan və Ukrayna xalqı adından çıxış etmək üçün ABŞ-a göndərilməsini təklif edib: «ABŞ-da demək lazımdır ki, Qərbin sanksiya siyahısında xarici işlər naziri Zaxarçenko və onun insanları döyən quldur dəstəsi də olmalıdır». Bundan sonra Maydanda səsvermə keçirilib və Xalq Məclisi iştirakçıları təklifə dəstək verib./azaflıq/
1358 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:38