Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2014

İ.Əliyevin qızının saytına xaker hücumu

Arzu Əliyevaya məxsus SilkWay Airlinesin veb səhifəsinə sosial mesajlar yerləşdirilib

İ.Əliyevin qızı Arzu Əliyevanın sahib olduğu SilkWay Holdingə məxsus SilkWay Airlines saytı (SilkWayWest.com) xakerlərin hücumuna məruz qalıb. Bu barədə məlumatı “Meydan TV” yayıb.

Məlumatda deyilir ki, xakerlər sayta keçid ataraq, onu “silkwaywest.bl.ee” saytına yönləndiriblər. Saytda daxil olduqda xakerlərin məlumatları və sosial-ictimai mesajlar öz əksini tapır. Əsasən isə son günlər bahalaşan benzinlə bağlı “Benzin qalxdı. Xalq qalxmadı” ifadəsi qeyd olunub.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 2008-ci il dekabrın 11-də tərtib etdiyi səhmlərin emissiya prospektində “Silkwaybank”ın 3 təsisçi tərəfindən yaradıldığı göstərilir. Təsisçilərdən biri hüquqi şəxsdir - “Silk Way Airlines” şirkətidir. Bankın digər 2 sahibinin adları isə belədir: Əliyeva Arzu Ilham qızı və Həmzəyeva Zərifə Kamil qızı.
1380 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:39