Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2013

Qəbələdə şabalıd ağacları məhv olur

Qəbələyə bəla gəlib
"Burada insan amili var"

Qəbələdə şabalıd ağacları məhv olur. Bu barədə rayon sakinləri xəbər veriblər. Sakinlərin sözlərinə görə, şabalıdın yetişdiyi yeganə rayon olaraq, Qəbələ tezliklə bu sərvətini itirə bilər. Onların sözlərinə görə, neçəillik olmasından asılı olmayaraq, bütün ağaclar quruyur. Sakinlərin müraciətində deyilir: “Bu vəziyyət çoxdandır ki, davam edir. Səbəbini bilmirik. Əvvəlcə Qəbələ RLS-in fəaliyyəti ilə əlaqələndirirdik. İndi o da yoxdur. Ancaq ağaclar yenə quruyur. Biz isə heç nə edə bilmirik. Təcili tədbir görülməsə, tezliklə ağacların hamısı quruyacaq. Şabalıd Qəbələnin sərvəti sayılır. Bu ağaclar qurusa, bilmirik necə olacaq”.

Qəbələ rayon icra başçısının aqrar məsələlər üzrə müavini Rahib Əhmədov açıqlamasında bildirib ki, problem sadəcə Qəbələ və yalnız şabalıd ağacları ilə bağlı deyil: “Şabalıd ağaclarının quruması iqlimlə əlaqədardır. Artiq bu, beynəlxalq problemə çevrilib. Bütün dünyada şabalıd ağaclarının quruması prosesi müşahidə olunur. Üstəlik, quruyan yalnız şabalıd ağacları da deyil. İqlim meşə və bir sıra meyvə ağaclarına təsir edib”.

Müavin bildirib ki, məsələ ilə bağlı beynəlxalq səviyyədə çarə axtarılır: “Hələlik iş adamlarına meyvələrin qidalandırılmasını məsləhət görürük. Əsas çarə bu xəstəliyə qarşı dava-dərman tapılmasıdır”.

İqlim dəyişmələri üzrə ekspert açıqlamasında şabalıd və qoz ağaclarının qurumasını insan amili ilə əlaqələndirib. Onun sözlərinə görə, ağacların qurumasına “gümüşü buludlar” səbəb olur. Hərbçilərin istifadə etdiyi həmin metod Günəşdən gələn bəzi xeyirli şüaların qarşısı alır: “Məqsəd isə dünyada insanların çoxalmasının qarşısını almaqdır. Bu yolla ərzaq qıtlığı yaradacaq və insanların artımının qarşısını alacaqlar”./Aznews
1738 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber