Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2014

Təhlükəli qripin dərmanı tapıldı

Türkiyəli mütəxəssis qripin bu növünün vaxtında müalicə alınmadığı təqdirdə ölümlə belə nəticələndiyi barədə xəbərdarlıq edib
Hər 100 adamdan 2-nin yoluxduğu H3N2 virusu insanda fəsadlarla müşaiyyət olunur. Ans-in Türkiyə mətbuatına istinadən məlumatına görə, insanda halsızlıq, baş ağrısı, yüksək temperatur və öskürək kimi əlamətləri ilə seçilən qripin bu növü zeytun yarpağı ilə asan müalicə oluna bilər.

Türkiyəli həkim Ziya Mocan zeytun yarpağını qripin bu növündə istifadəsini çox təsir sayıb. Onun sözlərinə görə, zeytun yarpağını çay kimi dəmləyib, içmək imuniteti gücləndirir: "1 stəkan çay üçün 2 çay qaşığı kifayət edər. Yarpaqları xırda hissəcilərə bölüb suya atıb, 5 dəqiqə dəmlənməsini gözləmək lazımdır. Gündə 2 stəkan içməklə bu xəstəliyə zamanında qalib gəlmək olar.

Türkiyəli mütəxəssis qripin bu növünün vaxtında müalicə alınmadığı təqdirdə ölümlə belə nəticələndiyi barədə xəbərdarlıq edib.
1564 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber