Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2014

Lənkəranda mina tapıldı

Lənkəranda mina həyəcanı yaşanıb. Apa-nın cənub bürosunun məlumatına görə, Dövlət Sərhəd Xidmətinin (DSX) Lənkəran Sərhəd Dəstəsinin əraziyə təhkim olunan mühafizə naryadı yanvarın 12-də Xəzər dənizi sahilində bir-birindən 600 metr məsafədə “TM-62” markalı tank əleyhinə 2 mina aşkarlayıb.

Dərhal aidiyyəti qurumlara məlumat verilib. Əraziyə hüquq-mühafizə orqanlarının rəhbərləri, təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının, DSX və Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin əməkdaşları cəlb olunublar. Ərazi nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri görülüb. Minalar hadisə yerindən götürülərək, xüsusi təhlükəsizlik tədbirləri görülməklə zərərsizləşdirlib.

Həmin ərazidə balıq ovu ilə məşğul olan balıqçılar ərazinin vaxtilə rus ordusunun poliqonu olduğunu bildiriblər.

Hər iki mina zərərsizləşdirildikdən sonra əməliyyatçılar sahil zolağına baxış keçiriblər, ərazidə mina və partlamamış hərbi sursat aşkar olunmayıb.
1326 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 10:37
Yeni d