Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2014

Bu gün havanın temperaturu 11 dərəcə olacaq

Naxçıvanda 16 dərəcə şaxta və qar yağacağı gözlənilir

Həyat tərzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 2-5° isti, gündüz 7-11° isti, Bakıda gecə 2-4°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yagmursuz keçəcəyi, bəzi yerlərdə zəif duman olacağı, zəif qar yağacağı gözlənilir. Temperatur gecə 8-13° şaxta, bəzi yerlərdə 16° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperatur gecə 5-10° şaxta, gündüz 1-6° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın əsasən yağmursuz olacağı, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad,
Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında az yağış yağacağı ehtimalı var. Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 8-13° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaq. Temperatur gecə 1-4° isti, gündüz 7-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 5-10° isti təşkil edəcək.
1417 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...