Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2014

Yeməkdən sonra 7 təhlükəli vərdiş

Yeməyin dərhal ardından çəkilən tək bir siqaret, 10 siqaret çəkməyə ekvivalent sayılır

Həyat tərzi Həkimlər yeməkdən sonra bu şeyləri etməyin sağlamlığa zərərli olduğunu bildirir. Ans-in Türkiyə mətbuatına istinadən məlumatına görə, adətən insanların yeməkdən sonra daha çox etdiyi 7 zərərli vərdiş var:

1. Siqaret çəkmək: Mütəxəssislər tərəfindən aparılan araşdırmalara görə, yeməyin dərhal ardından çəkilən tək bir siqaret, 10 siqaret çəkməyə ekvivalent sayılır. Və bu vəziyyət xərçəngə tutulma riskini artırır.

2. Meyvə yemək: Yeməkdən dərhal sonra yeyilən meyvə mədənizin hava ilə dolmasına səbəb olur.

3. Çay içmək: Yeməyin üstünə çay içmək də sağlamlıq baxımından faydalı deyil. Belə ki, çay orqanizm üçün lazım olan mineralları məhdudlaşdırmaqla bərabər, həzm prossesini də çətinləşdirir.

4. Kəməri boşaltmaq: Yeməkdən sonra kəmər boşaltmaq bağırsaqların düyünlənməsinə səbəb ola bilər.

5. Yerimək: Yeməyin dərhal ardından yerimək qəbul etdiyiniz qidaların həzmə getməsinə mane olur. Yeməkdən təxminən 1 saat sonra yerimək daha faydalı hesab olunur.

6. Hamam girmək və duş qəbul etmək: Yeməkdən dərhal sonra alınan duş, qan axınını əl və ayaqlar istimatində çoxaldır. Bu isə həzm sistemi üçün də zərərlidir.

7. Yatmaq: Yeməyin dərhal ardından yatmaq da həzm sisteminin kifayət qədər çalışmamasına, bağırsaq iltihabına və mədə xəstəliklərinə səbəb olur. Bu həmdə kökəlməyə gətirib çıxardır.
1916 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP