Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2014

ABŞ İranın dondurulmuş vəsaitini tədricən qaytaracaq

İran sözügedən məbləği fevralın 3-də əldə edəcək

İran fevral ayında dondurulmuş vəsaitindən 550 milyon dollarını əldə edəcək.

İnterAz–ın əl-Ərəbiyyə telekanalına istinadla verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentindən məlumat verilib.

Bildirilib ki, İran sözügedən məbləği fevralın 3-də əldə edəcək. İran ümümilikdə dondurulan 4.2 milyard dolları isə 180 gün ərzində tədricən götürəcək.

İranın baş nüvə müzakirəçisi Əbbas Əraqçi Cenevrə nüvə anlaşmasının yanvarın 20-dən etibarən icra ediləcəyini bildirib. O, əvvəlcədən tətbiq eilən bəzi sanksiyaların dayandırılmasının ayın 20-dən başlayacağını söyləyib.
1243 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP