Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2014

Penitensiar xidmətinin əsgəri özünü güllələyib

Penitensiar xidmətinin əsgəri avtomatdan açılan atəş nəticəsində ölüb

Penitensiar xidmətinin əsgəri avtomatdan açılan atəş nəticəsində ölüb
Azərbaycanda əsgər özünü güllələyib. Apa-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayının Bakıda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Əsgər Coşqun Elşad oğlu Rzayev özünü güllələyib. Əsgər hadisə yerindəcə keçinib.

C. Rzayev Beyləqan rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda isə bildirilir ki, yanvarın 12-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayının əsgəri, 2013-cü ilin iyul ayında Beyləqan rayonundan müddətli həqiqi hərbi xidmətə çağırılmış, 1990-cı il təvəllüdlü sıravi Rzayev Coşqun Elşad oğlu xidmət apardığı keşikçi postunda növbədə tək olduğu şəraitdə saat 19.10 radələrində ona təhkim olunmuş avtomat silahından açılmış atəş nəticəsində xəsarət alıb. İlkin ehtimala görə hadisə ehtiyatsızlıqdan baş verib.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb. Lakin görülmüş tədbirlərə baxmayaraq, əsgər aldığı ağır bədən xəsarətindən vəfat edib. Dərhal verilmiş məlumat əsasında hadisə yeri aidiyyəti üzrə Bakı şəhər Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən müayinə edilib.

Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
1483 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 12:08