Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2014

Suriyada müxalifətçilər ekstremist təşkilatların 100 döyüşçüsünü öldürüblər

Suriyada “əl-Qaidə” ilə əlaqəli olan “İraq İslam Dövləti və Levant” qruplaşmasının döyüşçüləri ekstremist təşkilatların 100-ə yaxın döyüşçüsünü güllələyiblər.

SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə “Reuters” agentliyi hüquq müdafiəçilərinin məlumatını yayıb.

Məlumata əsasən, son günlər terrorçular ölkənin şimalında yerləşən Rakka əyalətindəki yaşayış məntəqələrini zəbt ediblər və burada “Cəbhət ən-Nüsrə”, Əhrar əş-Şam” radikal qruplaşmalarının onlarla nümayəndəsini girov götürərək onları güllələyiblər.

Bildirək ki, son həftə ərzində Suriyada prezident Bəşər Əsədə qarşı vuruşan silahlı terroçularla “İraq İslam Dövləti və Levant” terroçuları arasında baş verən toqquşmalarda təxminən 500 nəfər həyatını itirib.
1213 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
Go to TOP