Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2014

Dubay əmiri İrana qarşı sanksiyaları aradan qaldırmağa çağırıb

İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasının vaxtı çatıb.

BBC-nin verdiyi məlumata görə, belə bir bəyanatla Dubay əmiri, Şeyx Məhəmməd bin Rəşid əl Maktum çıxış edib.

“İran qonşumuzdur və biz hər hansı problem istəmirik. Sanksiyaları aradan qaldırın, bu hamı üçün faydalı olacaq”, - deyə o vurğulayıb.

İran nüvə proqramının doğrudan da sülh məqsədi daşıdığını deyən Dubay əmiri İranın sabiq prezidenti Mahmud Əhmədinejadın onunla görüşdə atom bombasını “keçmişin silahı” adlandırdığını bildirib.
1453 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:11