Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2014

Suriyada daha bir azərbaycanlı öldürüldü

Bu barədə terroristlərə  məxsus saytlar məlumat yayıb.

Məlumata görə, “İraq-Şam İslam Dövləti” qruplaşmasının üzvü “Abdurrahman” ləqəbli azərbaycanlı terrorçu "Azad Suriya Ordusu" tərəfindən öldürülüb. Onun Sumqayıt şəhərindən olduğu bildirilir. Həlak olan vəhabi boks üzrə idman ustası imiş.

“Abdurrahman” ləqəbli azərbaycanlı terroristin ailəsinin də hazırda Suriyada olduğu bildirilir. Onun Süleyman adında qardaşı da hazırda Suriyada vuruşur.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu terrorçular tərəfindən sosial şəbəkələrdə yayılıb./apa/
1519 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı