Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2014

Bəşər Əsəd Dəməşqin əl-Həmd məscidində camaat namazına qatılıb

Suriya Prezidenti Bəşər Əsəd peyğəmbərin (s) doğum günü münasibətilə Dəməşqdə bayram tədbirinə qatılıb.

SalamNews-un əl-Mənar telekanalına istinadla verdiyi xəbərə görə, Suriya prezidnetinin 3 aydan sonra yenidən kütlə içinə çıxması diqqət çəkib. Prezident Dəməşqin əl-Həmd məscidində təşkil edilən tədbirə qatılması ani şəkildə baş tutub.

O, sonuncu dəfə ötən ilin oktyabrın 15-də Qurban bayramı namazında ictimaiyyət qarşısına çıxıb, camaat namazında iştirak edib. Həmin vaxt müxalifət onun məscidə gəlməsindən xəbər tutaraq, bölgəni minamyotlardan hədəfə almışdı.

Xatırladaq ki, Suriyada 2011-ci ilin əvvəlindən başlayan etiraz aksiyaları silahlı qarşıdurmaya, sonra isə daxili müharibəyə çevrilib və indiyədək müharibədə 130 mindən çox insanın ölüb.
1349 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11