Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2014

Ev kül oldu, Quran yanmadı

Ev tamamilə yarasız hala düşsə də, müqəddəs Qurani Kərim kitabına demək olar ki, heç bir şey olmayıb.

Zərdabda Hüseynov Valik Əli oğluna məxsus evdə qeydə alınan yanğın zamanı möcüzə yaşanıb. Hadisə yanvarın 11-dıə saat 04:56 radələrində ümumi sahəsi 144 kv.m olan 2 mərtəbəli 5 otaqlı ev yanıb.
Ev sahibi bildirir ki, ehtimala görə, yanğına səbəb elektirik xəttində yaranan qısaqapanma olub: "Nəticədə 7 nəfərdən ibarət iki ailə evsiz qalıb. Evdə 20 min manatlıq qızıl-ziynət əşyası və 50-60 minlik ev əşyaları olub. Bundan əlavə yanvarın 29-da toyu olacaq qızım üçün ayırdığım 4 min manat nəğd pul külə dönüb".

Ev sahibinin sözlərinə görə, ev tamamilə yarasız hala düşsə də, müqəddəs Qurani Kərim kitabına demək olar ki, heç bir şey olmayıb./ans/
1459 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...