Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2014

Azərbaycanda həkim terroru davam edir

Bakıda əkiz qız dünyaya gətirən ana komaya düşüb

Qeysəriyyə vüsitəsilə uşaq dünyaya gətirən ana hazırda süni nəfəs aparatına qoşulub

Ötən ilin dekabr ayının 18-də əkiz qız övladı dünyaya gətirən ana hazırda komadadır. Bu barədə qızın atası Nadir Lalayev ans-ə məlumat verib. Onun verdiyi məlumata görə, qızı Günay Lalayeva dekabrın 18-də 3 saylı xəstəxanada 2 qız uşağını qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib.

Dünyaya gələn uşaqlardan birinin çəkisi 2 kiloqram 700 qram, digərinin çəkisi isə 3 kiloqramdır. Uşaqlar normal olsa da, ananın vəziyyəti pisləşib. Sonradan Günayı yenidən əməliyyat etsələr də heç bir xeyri olmayıb və qadın komaya düşüb.

Dekabrın 26-da onu Mərkəzi Tibbi Xəstəxanaya yerləşdiriblər. Günayı həmin xəstəxanada yenidən əməliyyat ediblər. Onun bəzi orqanları, o cümlədən uşaqlığı çıxarılıb. Günayın qanının zəhərləndiyi də bildirilib. Hazırda qadın süni nəfəs aparatına qoşulub.
1406 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP