Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2014

Göyçayda naməlum heyvan skeleti tapılıb - Foto

Göyçay rayonunda yaşayış evinin zirzəmisində naməlum heyvan skeleti aşkar edilib.

Apa-nın məlumatına görə, skelet rayonun Ləkçiplaq kənd sakini Ağabala Əliyevin yaşadığı evdə təmir-bərpa işləri aparılarkən aşkarlanıb.

Ev sahibi köhnə mənzilin zirzəmisindən belə əcaib heyvan skeletinin tapılmasından qorxuya düşüb. Kəndin baytar həkimi və skeleti görən hər kəs onu mövcud heyvanlardan heç birinə oxşatmayıblar. Güman edilir ki, bu naməlum sürünən gəmirici heyvandır. Skeletə baxan bəzi şəxslər isə onu vəhşi pişiyə də oxşadıblar.

Baytar həkim Hüseyn Şükürov bildirib ki, bu vaxta kimi Göyçay rayonunun 3 ayrı-ayrı yerində belə naməlum heyvan skeletləri aşkar edilib. Uzunluğu bir metr olan bu skeletin bir hissəsi tapılmayıb. Skeletin boyun fəqərəsinin olmadığı bildirilir. Baytar həkimin sözlərinə görə, skeletdə baş sümüyü birbaşa qabırğa sümüyünə birləşib. Qabırğa sümüyünün sayı da başqa ev heyvanların qabırğa sümüklərindən çoxdur: “Təəccüblü tərəfi budur ki, bu skeletin 3 cərgədə qabırğa sümükləri var. Bunun hansı heyvana məxsus olmasını dəqiq demək mümkün deyil”.

Maraqlıdır ki, Göyçayda indiyədək bu cür skeletlərin hamısı köhnə evlərin zirzəmisində aşkarlanıb.


1638 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber