Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2014

Misirdə hərbi çevrillişə etiraz nümayişləri: 2 tələbə öldürüldü

Misirin müxtəlif şəhərlərindəki universitet tələbələrinin yanvarın 14- 15-ində keçiriləcək Konstitusiya referendumuna etiraz olaraq ötən gecə təşkil etdiyi nümayişlərdə 2 tələbənin öldüyünü və 5 tələbənin də yaralandığı bildirilir, - "DunyaBulteni".

Qahirənin Əyn Şəms Universitetindəki "Çevriliş Əleyhdarı Tələbələrlər" hərəkatı üzvləri Facebook səhifələrində Kompüter və İnformasiya Elmləri Fakültəsinin 3 kurs tələbəsi Abdurrahman Yusrinin polisin universitetə ​​dünən təşkil etdiyi basqın zamanı açdığı atəş nəticəsində həlak oldugunu bildiriblər. Ancaq rəsmi mənbələr ölümlə bağlı heç bir məlumat verməyib.

Əl-Əzhər Universiteti Tələbə Birliyinin sədri Əhməd əl-Bakari mətbuata verdiyi müsahibədə dünənki nümayişdə saxlanınan 4 nəfər xanım tələbənin sərbəst buraxılması üçün Qahirədəki polis mərkəzi qarşısında təşkil edilən nümayişə polisin müdaxiləsi zamanı açdığı atəş nəticəsində Umar Hindi adlı tələbənin də öldüyünü bildirib. Hadisə şahidlərinin bildirdiyinə görə, polislərin polis mərkəzinin damından açdığı atəş nəticəsində biri ağır olmaqla 5 tələbə də yaralanıb.

İskəndəriyə, əl-Kalyubiyye, əş-Şarkiyye, Süveyş, Məni Suveyf və əl-Minyə şəhərlərində konstitusiya referandumunun boykotu üçün təşkil olunan nümayişlərdə "Hərbi rəhbərlik devrilsin", " Sisi qatil ... Konstitusiyası etibarsızdır" , "Ey yalançı media İslam terror deyil", "Hərbi çevrilişin özü terördür" şüarlarını səsləndiriblər.

Misirdə yeni təhsil ilinin başladığı oktyabr ayından bəri universitetlər hər gün çevriliş əleyhdarı nümayişlərə şahid olur. Təhlükəsizlik qüvvələrinin müdaxilə etdiyi nümayişlər zamanı çoxlu sayda tələbənin həbs olunduğu bildirilir./deyerler/
1446 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:19