Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2014

Suriya ordusu Hələbdə yeni bölgələri ələ keçirib

Ölkənin şimal-şərqində yerləşən ər-Riqqə şəhərində isə DAİŞ qruplaşması irəliləyə bilib və qruplaşma Azad Suriya ordusu qüvvələrini burada sıxışdıra bilib

Müxalifət qruplaşmaları arasında qarşıdurmaların getdiyi bir halda hakimiyyət ordusu Hələbdə yeni bölgələr ələ keçirib.

İnterAz-ın əl-Mənar telekanalına istinadla verdiyi xəbərə görə, hökümət ordusu Hələbin şimal-şərqində yerləşən əz-Zərzur, ən-Nəqarin, Təllət–Əttəanə, əl-Məcbəl bölgələrini, əyalətin cənubunda isə əl-Faurə,Təll-Riman və əs-Subahiyyə bölgələrini ələ keçirib. Hazırda ordu bəzi bölgələrin minaların təmizlənməsi işinə baxır.

Ölkənin şimal-şərqində yerləşən ər-Riqqə şəhərində isə DAİŞ qruplaşması irəliləyə bilib və qruplaşma Azad Suriya ordusu qüvvələrini burada sıxışdıra bilib.

Bu arada hökümət Dəməşqdə yerləşən Yərmuk düşərgəsinə qida və dərman pereparatlarının idxal edilməsinə icazə verib. Qeyd edək ki, fələstinli qaçqınların yaşadığı Yərmuk düşərgəsi bir ildən artıq idi ki, hakimiyyətin mühasirəsində idi.
1549 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44