Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2014

İşdən çıxarılmış neftçiləri aldatdılar

“Bahar enerji” əməliyyat şirkətinin işdən azad olunmuş 50 neftçi ilə təkrar 3 aylıq əmək müqaviləsi bağlanılıb. Lakin onlar əvvəl çalışdıqları vəzifəyə qaytarılmayıblar, şirkətdə daha aşağı işlərlə təmin olunublar.

Bunu virtualaz.org saytına açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib.

Hüquq müdafiəçisi bildirdi ki, 90 işçi isə işə bərpa olunmayıb: “Etiraz aksiyası keçirmək istəyən neftçilərlə görüş oldu. Onlardan işdən çıxarılma qərarına yenidən baxılması üçün vaxt istənildi. Amma şirkət rəhbərliyi vədini yerinə yetirmədi. Şirkət işçiləri tərəfindən təşkilatımıza daxil olan məlumatda deyilir ki, 90 işçi yola salınıb, 50 nəfər isə aşağı vəzifələrə götürülüb. Yəni əsasən onlar fəhlə, xadimə kimi işlərdə çalışacaqlar”.

M.Qəhrəmanlı qeyd etdi ki, neftçilərə 3 aylıq işə bərpadansa 6 aylıq kompensasiya verilməsi əlverişli idi: “3 aydan sonra onlarla əmək müqavilələri bağlanılmayacaq. Əgər neftçilər yenidən işə bərpa edilirdisə, onlarla bir illik əmək müqavilələri bağlanardı. Şirkət rəhbərliyi bu qərarla sadəcə olaraq vaxt uddu”.

Qeyd edək ki, hüquq müdafiəçisi neftçilərlə müvəqqəti əmək müqavilələrinin bağlanmasında, ixtisarlar edilməsində, eləcə də “Bahar enerji”dəki qanunsuzluqlarda şirkətin sahiblərindən biri olan iş adamı Hafiz Məmmədovu günahlandırır: ““Bahar enerji”də əmək müqavilələri yenidən nəzərdən keçirilərkən 3 minə yaxın işçi işini itirdi. Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevə ünvanlanan çoxsaylı şikayətlər də cavabsız qaldı. “Hafka” cəzasız qaldığını düşünərək növbəti ixtisarlara gedir”.
1475 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat