Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2014

“Qızıl top”... Peleyə veriləcək

Futbol üzrə üçqat dünya çempionu, əfsanəvi Peleyə “Qızıl top” mükafatı veriləcək.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə braziliyalı “Futbol kralı”nın özü məlumat verib. FİFA futboldakı xidmətlərini nəzərə alaraq Peleni ali mükafata layiq görüb. “Qızıl top” Peleyə bu gün İsveçrədə təşkil olunacaq törəndə təqdim olunacaq.

Qeyd edək ki, “Qızıl top” FİFA tərəfindən ilin yaxşı futbolçusuna verilən mükafatdır. Nüfuzlu mükafat 3 dəfə dünya çempionu olmasına baxmayaraq Peleyə qismət olmayıb. 1956-cı ildən verilən “Qızıl top” Pele futbol oynadığı dövrlərdə ancaq Avropa klublarında çıxış edən futbolçulara verilib. “Futbol kralı” isə karyerasının ən parlaq illərini “Santos” (Braziliya) və “Kosmos”da (Nyu-York, ABŞ) keçirib.

Onu da qeyd edək ki, 2013-cü ilin ən yaxşı oyunçusunun adı bu gün Bakı vaxtı ilə saat 21:30-da açıqlanacaq. Sürixdə (İsveçrə) təşkil olunacaq törəndə “Qızıl top” 3 namizəddən birinə - portuqaliyalı Kriştiano Ronaldoya (“Real”, Madrid), argentinalı Lionel Messiyə (“Barselona”) ya da fransalı Frank Riberiyə (“Bavariya”) qismət olacaq. Mükafatı qazanmağa ən real namizəd Ronaldo hesab olunur. Pele də “Qızıl top”un bu gün portəgiz ulduza qismət olacağını güşünür.
1623 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:39</