Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2014

İsa Qəmbər Bahar Muradovadan Oqtay Əsədova mesaj göndəribmiş?

Fuad Qəhrəmanlı Müsavat başqanını danışmağa çağırdı: “Susmayın, daha xeyri yoxdur”

AXCP ilə Müsavat Partiyası arasında qalmaqal səngimək bilmir. Qarşılıqlı ittihamların səngimədiyi bir vaxtda AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Müsavat başqanı haqqında tənqidi fikirlər səsləndirib. AXCP rəsmisi bu barədə öz facebook hesabında “Niyə susursan, İsa Qəmbər?” başlığı ilə qeydlər edib.

“Çox əsəbidirlər, qəzəbləniblər. Çünki belə gözləmirdilər. İş üstündə yaxalanıblar. Düşünürdülər ki, biz sadəcə iqtidarın Müsavatı Milli Şuradan qoparması olayına öz təəssüfümüzü bildirəcəyik, siyasi etika xətrinə də hələ bir yaxşı yol arzulayacağıq. Ancaq bu dəfə belə olmadı. 2005-ci ildə "Azadlıq" blokundan çıxıb gedəndə və bunun qarşılığında parlamentdə 4-5 yerlə mükafatlandırılan zamanlarda biz belə davranmışdıq. Dişləri şirəyə batmışdı, ancaq bu dəfə belə olmadı. Biz bu olaya münasibət soruşulan ilk andan bütün planları açıb tökdük, bunun bir iqtidar ssenarisi olduğunu, Milli Şuranı parçalamaqla indidən 2015 seçkilərinə hazırlaşıldığını, Müsavat rəhbərliyinə 4-5 mandat vəd olunaraq onların ətrafında "konstruktivlərdən" ibarət iqtidar bağlantılı Milli Şuraya alternativ müxalifət bloku qurmaq planlarının olduğunu dedik. Dediklərimiz çox böyük rezonans verdi, ziyalılar, demokratik düşərgənin tanınmış isimləri bu xəyanətə görə onları qınadılar. İndi ünvanımıza-AXCP rəhbərliyinə "Yeni Azərbaycanın" "Səs”in leksikonu ilə təhqirlər yağdırırlar, bizi “radikal”,“dağıdıcı” qüvvə adlandırırlar. Bu yetmirmiş kimi, aləmi toz-dumana bulaşdırmaq istəyirlər ki, öz natəmizliklərini gizlətsinlər, insanlar təhqirdən bezib nə baş verdiyi, kimin haqlı olması ilə maraqlanmasınlar. Ancaq alınmyacaq. Çünki xalq hər şeyi görür.

Bu proses başlayandan Müsavat başqanı İsa Qəmbər susur, baş verənlərə münasibət bildirməməyə çalışır. Çünki ortalıqda çirkin bir siyasi alver məsələsinin söz konusu olduğunu görüb özünü, reputasiyasını təmiz saxlamağa çalışır. Ancaq bu mümkün deyil İsa bəy. Axı biz bu işlərin əvvəlindən bir çox şeyləri bilirik. Məsələn, 2010-cu ildə sizin Bahar Muradova vasitəsi ilə Oqtay Əsədova "mənə deputatlıq verin, başqanlıqdan gedirəm, kimi istəyirsiniz başqan olsun" tipli müzakirələr apardığınızdan tutmuş bir çox şeyləri bilirik. O zaman alınmadı, bu dəfə alınar düşünürsünüz bəlkə. Ancaq çirkab suya girib təmiz çıxmaq mümkün olmadığı kimi, sizin də bu gün baş verənlərdən reputasiyanızı təmiz saxlamaq cəhdiniz alınmayacaq. Çünki iqtidarla mandat bazarlaşmasının başında bu dəfə də siz durursunuz və bu gerçəyi kölgəyə çəkilməklə saxlamaq mümkün deyil.

İsa bəy niyə danışmırsınız, niyə “Milli Şuranı nədən tərk etdik” suallarına çıxıb cavab vermirsiniz? 2003-cü ildə sadə müsavatçıları meydanda başsız qoyub 40 gün evinizdən çölə çıxmadınız, 2005-ci ilə mitinqçiləri Əli Kərimli, Lalə Şövkətlə meydanda qoyub arxa tərəfdən getdiniz. Hə, indi bunları yada salıb gərgin məqamlarda sizin ortalıqda görünməmək kimi bir huyunuzun nə olduğunu xatırladım.

Ancaq axı insanlar sizin "Rauf Arifoğluna qarşı çıxanlar mənə qarşı çıxır" dediyinizi unutmayıblar, indi həmin Rauf bəy deyir ki, "Əli Kərimlidənsə İlham Əliyevin iqtidar olmasını istəyirəm". Belə çıxır ki, Rauf bəyin mövqeyini siz də bölüşürsünüz, çünki özünüzə bu qədər yaxın saydığınız şəxsin sözlərinə adicə münasibət bildirmədinz. Əslində bildirib nə deyəsi idiniz ki, Əli Kərimlini siyasətdən silmək üçün 2000-ci ildə AXCP-də bölünmə baş verərkən iqtidarla birgə hərəkət edib başqa bir qanadı, AXCP kimi tanımaq fikri sizə məxsus deyilmi? Əslində Əli Kərimlinin problemi ondadır ki, daim müxalifəti bölüb parçalamaq, intriqalarla diqqəti rejimə qarşı mübarizədən yayındırmaq istəyən bir şəxslə həmişə böyük birlik layihələri gerçəkləşdirməyə çalışıb. Vahid namizəd ideyasına qarşı çıxıb onu Şaxta baba adlandırdığınız vaxtlarda müxalifətin geniş birliyi fikrini Əli bəy sizə ictimai təzyiq yolu ilə qəbul etdirmək üçün nə qədər zəhmət çəkməli oldu. Sonda başqa çıxış yolunuz qalmadığı halda könülsüz qəbul etdiyiniz bu qərarın icrasında əlinizi ağdan-qaraya vurmadınız. Partiyanız Cəmil bəy üçün nə bir görüş təşkil edə bilmədi, nə maliyyə yardımlarında bəyənmədiyiniz kiçik partiyalardan fərqlənmədiniz, nə də ki, müşahidəçilərinizin siyahısını ortalığa çıxarmadınız. Sonda da Milli Şuranın Cəmil bəy səslərin 60-65 faizini toplayıb iddiasına qarşı çıxıb Məzahir Pənahovun dediklərini təsdiqlədiniz. 200 min səs yığdığını iddia etdiniz. Əvvəl rəqəmlər üst-üstə düşdü, sonra da MŞ-dan ayrılmaqla yollarınız üst-üstə düşdü.

Yaxşı ki, bütün kartlar açıldı, yəqin içində olduğunuz oyunları nəzərdə tutub demişdiniz ki, "bu il bir çox maskalar cırılacaq". Buyurun İsa bəy, indi sizin gerçəyinizi hər kəs görür, daha susmağa ehtiyac yoxdur. Bəlkə də İsa bəy, insan kimi sizi başa düşmək olar, yaşlanmısınız, Müsavat Partiyasının yerli təşkilatları əksəriyyəti dağılıb, vaxtı il ətrafınızda olmuş insanların çoxu bu gün sizi tərk edib. İndi siz ömrünüzün siyasətdən sonrakı dövrlər üçün bir "gün ağlamaq" qayğıları ilə yaşayırsınız. Nə deyə bilərik, siz öz qayğılarınızla yaşayın, Əli Kərimli də ölkəni demokratikləşdirmək arzuları ilə. Ancaq İsa bəy susmayın, daha xeyri yoxdur”./modern/
1598 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:23
Ürək pr