Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2014

Portağalın faydası

Portağalın nə qədər faydalı meyvə olduğu, yəqin ki, hamıya bəllidir. Xüsusilə tərkibindəki C vitamininin çoxluğu bu meyvənin faydalılığını daha da artırır. İstər şirəsindən, istər yağından da istifadə olunur. Bir çox mədə xəstəliklərini müalicə edir və həzm sistemini yaxşılaşdırır. Boğaz ağrısına, hərarətin aşağı salınmasına da kömək edir. Revmatizmaya da çox xeyirlidir. Uşaqlarda rəxitliyin aradan götürülməsinə kömək edir. Arıqlamağa, şəkər xəstəliyinə, qaraciyərdə daşlaşmanın aradan götürülməsinə yardımçı olur. Nəhayət, ən əsası dərimizi cavan və uşaq dərisi kimi yumşaq saxlamağa faydası böyükdür. Dərin yaralarda və ən ağır yanıqlarda da öz müsbət təsirini göstərir. Üzdəki sızanaqları 2 kursla aradan qaldırmağa qadirdir. Hətta tonik kimi də istifadə edilə bilər. Yarım stəkan suyun içinə 3 damcı portağal yağını töküb çay qaşığı ilə qarışdırın. Sonra isə həm daxilə, həm də xaricə tətbiq edə bilərsiniz. Gün ərzində ən çox 3 dəfə tətbiq etmək olar.

Dəriyə, üzə, eləcə də yaralara tətbiq edərkən portağal yağı mütləq suya qatılmalıdır. Portağal sitrus bitkisi olub, meyvəsindən və qabığından istifadə edilir. Meyvəsinin tərkibi şəkər, turşular, duzlar, vitaminlər (A, B1, B2, B3, C), su, hüceyrələrlə, qabığı isə müxtəlif efir yağları ilə zəngindir. Portağalın tərkibində olan maddələr qanda olan şəkəri sağlam adamlarda normada saxlayır, şəkərli diabeti olan xəstələrdə isə şəkəri azaldır. Portağal orqanizmin bütün funksiyalarını fəallaşdırır və əsəb sistemini möhkəmləndirir. Portağalın meyvəsi və şirəsi vitamin çatışmazlığında və mədə-bağırsaq xəstəliklərində geniş istifadə olunur. Meyvəsi və ya şirəsi ac qarına yeməkdən 30 dəqiqə qabaq içilməklə iştahı artırır, mədə-bağırsağın funksiyasını yaxşılaşdırır və qəbizliyi aradan götürür. Keyfiyyətli portağal şirəsi görməni yaxşılaşdırır, diş dibinin ətini möhkəmləndirir, lazımsız piyləri bədəndən xaric edir, damarların funksiyasını yaxşılaşdırır. Portağal suyu, çoxu ailələr tərəfindən ən çox tərcih edilən sabah içəcəklərindən biridir.
1534 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber