Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Yanvar 2014

Azadlığa çıxan gənc: “Təcridxana rəisi psixoloji təzyiqlər edirdi”

Ötən il dekabrın 29-da Bakının Fəvvarələr meydanında keçirilmiş etiraz aksiyasında tutulan 6 gənc fəaldan biri – Samir Poladov bu gün azadlığa çıxıb.
Yanvarın 13-də “Media forum” saytına danışan Samir Poladov saxlandıqları təcridxanada – Bakı polisinin Binəqədidəki məntəqəsində şəraitin pis olduğunu deyib: “Ürəyimdə problemlər olduğu üçün tez-tez təcili yardım çağırılmasına ehtiyac duyurdum. Amma hər zaman təcili yardımı çox gec çağırırdılar.

Orxan Eyyubzadəyə qarşı fiziki təzyiqlər olub, onun əlini bir neçə dəfə istilik sisteminə bağlı vəziyyətdə saxlayıblar. Təcridxanada verilən yeməklər çox keyfiyyətsiz olduğu üçün 5 gün aclıq aksiyası keçirdik. Bundan əlavə saxlandığımız kamerada yataq dəstləri çirkli idi. İsti su ümumiyyətlə yox idi, soyuq su isə fasilələrlə verilirdi. Təcridxana rəisi hər gün bizə psixoloji təzyiqlər edirdi”.

Qarabağ döyüşçüsü Zaur Həsənovun intihara vadar edənlərin cəzalandırılması tələbi ilə keçirilmiş aksiyaya görə Səbail Rayon Məhkəməsi dekabrın 29-da bitərəf Samir Poladovu 15 sutkalığa həbs edib. Digər həbs qərarları dekabrın 30-da çıxarılıb. Bitərəf Orxan Eyyubzadə 18 sutka, Müsavat Partiyasının üzvləri Tural Sadıqlı 17 sutka, Cavid Hacıbəyli 16 sutka, AXCP üzvləri Orxan Carçı 16 sutka, Türkel Əlisoy 15 sutka həbs cəzası alıb.

Türkel Əlisoy yanvarın 14-ü, Orxan Carçı, Cavid Hacıbəyli və Tural Sadıqlı yanvarın 15-i, Orxan Eyyubzadə isə yanvarın 16-da azadlığa çıxmalıdır.
1377 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:39