Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2014

Aslan İsmayılov ədalətsiz məhkəmə hökmlərindən yazdı

Uzun illərdir Azərbaycan femidasını yaxşı tanıdığımdan hesab edirdim ki, artıq məni hər hansısa məhkəmə qərarı ilə təəccübləndirmək olmaz. Şəxsən tanıdığım, bütün müsbət cəhətləri ilə bərabər ən çox yadımda məhz müstəsna mədəniyyətə malik bir insan kimi qalmış Yadigar Sadıqova 6 il azadlıqdan məhrum edilmə cəzası verilməsi həqiqətən məni dəhşətə gətirdi. Zənnimcə əgər 9 milyonluq azərbaycan xalqı xuliqanlıq etmiş olsa belə yəqin ki, ən sonuncu Yadigar bəy olardı. Onu tanıyanlar ittihamın uydurma olmasına bir an belə şübhə etməzlər. Yadigar bəyin məhkəmədəki son sözünü (http://www.azadliq.info/xeberler/358-xeber/40107-yadigar-sadiqov.html) diqqətlə oxudum. Onu tanımayıb məhkəmədəki çıxışını oxuyanlar da onun günahsız olduğuna əmin olacaqlar.

Etiraf etməyim mənə başucalığı gətirməsə də həqiqətən dünən birinci dəfə məşhur "Oyuncaq" filminə baxdım. Orada nəşriyyat sahibinin soyunub lüt işçilərin qarşısında gəzmək əmrini etiraz etmədən icra etmək istəyən baş redaktora dediyi: "İndi bizdən kim daha mənəviyyatsızıdır - MƏN, əmr verən yaxud SƏN, etiraz etmədən həmin əmri icra etməyə hazır olan?" sualı bütün günü beynimdən çıxmırdı. Həqiqətən də gözümün önündə daim qanunsuz əmri icra edib gənc bloqer, iki körpə uşaq atası Rəşad Ramazanlıya 9 il azadlıqdan məhrumetmə cəzası verən hakimlərin (Bu heyət həm də NİDAçıların məhkəmə prosesinə sədrlik edir - http://courts.gov.az/bakugravecrimes/aboutcourt/judges1/alisultan_osmanov/

http://courts.gov.az/bakugravecrimes/aboutcourt/judges1/cavid_huseynov/

http://courts.gov.az/bakugravecrimes/aboutcourt/judges1/eldar_ismayilov/) sifətləri canlanırdı. Nə üçün bu filmə əvvəllər baxmadığıma və həmin epizodu Rəşadın hakimlərinin üzünə demədiyimə heyfsilənirdim. Yadigar bəyin çıxışında demək istədiklərimi görəndə Rəşadın hakimlərinə demiş kimi rahatlaşdım. Ürəyimdə fikirləşdim ki, Yadigar bəy məhbəsdə belə insanlara fayda verir. Onun çıxışını dinləməyə məhkum olan hakimlərə isə yazığım gəldi. Çünki xəyalımda canlandırdığım məhkəmədə Yadigar bəyi hakim, ona hökm oxuyan hakimi (http://lankarancourt.gov.az/about/judges/elchin_kazimov/) isə məhkum kimi gördüm./azadlıq/
1395 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber