Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2014

Kriştianu Ronaldo “Qızıl top”-un sahibi oldu

2013-cü il futbol mövsümü üçün "Qızıl top" sahibinə təqdim olunub. Təqdimat mərasimi yanvarın 13-də Sürixdə keçirilib.

"Qızıl top"a bu dəfəki iddialılar "Barcelona"nın argentinalı əfsanəsi Leonel Messi, "Real Madrid"in portuqaliyalı ulduzu Kriştiano Ronaldo və "Bavariya"nın ən yaxşılarından olan Frank Riberi idi. Seçim Ronaldonun xeyrinə olub. Mükafatı əfsanəvi futbolçu Pele təqdim edib.

Ronaldo ötən il Portuqaliya yığması və klubu üçün 56 oyunda 66 qol vurub.

28 yaşlı Ronaldo 2008-ci ildən bəri ilk dəfə olaraq bu ada layiq görülüb. O, son 4 ildə mükafata əsas namizədlərdən olsa da, hər dəfə Messiyə uduzub. 

FİFA-nın ötən ilin nəticələrinə görə seçdiyi “dünya yığması” isə belədir:

•Manuel Neuer (Bayern Munich)
•Dani Alves (Barcelona)
•Thiago Silva (PSG)
•Sergio Ramos (Real Madrid)
•Philipp Lahm (Bayern Munich)
•Andres Iniesta (Barcelona)
•Franck Ribery (Bayern Munich)
•Xavi (Barcelona)
•Cristiano Ronaldo (Real Madrid)
•Zlatan Ibrahimovic (PSG)
•Lionel Messi (Barcelona)

“Bayern”in keçmiş məşqçisi Jupp Heynckes isə ilin məşqçisi seçilib.

Ronaldo mükafatı alarkən təsirlənib və publika qarşısında göz yaşlarını saxlaya bilməyib. O, komanda yoldaşlarına təşəkkürünü bildiriərək deyib ki, onlarsız bu mükafatı qazana bilməzdi.

1395 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu