Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2014

"İsmayıllı məhbusu"nun intihara cəhd etdiyi təsdiqləndi

Vəkil Fuad Ağayev İsmayıllı məhbuslarından Səxavət Səmədovun intihara cəhd etməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib. O, "Azadlıq" radiosuna bildirib ki, yanvarın 13-də Şəkidə keçirilən məhkəmə prosesində Səxavət Səmədov intihara cəhd etdiyini söyləyib: «Dedi ki, əleyhinə verilən yalan ifadəyə dözə bilmədiyindən intihara cəhd göstərib. Amma kamera yoldaşı onu son anda xilas edə bilib. Səxavət çarpayı ağı ilə özünü asmaq istəyib. Boğazında olan iz onun dediklərini təsdiqləyirdi. Səxavət Məmmədov ötən məhkəmə prosesində intihar edəcəyi ilə bağlı xəbərdarlıq etmişdi».
Bir neçə gün öncə Səxavət Səmədovun yanvarın 9-u gecə Şəkidəki istintaq təcridxanasında özünü asmağa cəhd etdiyi barədə məlumat yayılmışdı. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəhbəri Mehman Sadıqov bu xəbəri təkzib etmişdi.

VƏKİLİ CƏRİMƏLƏDİLƏR

Yanvarın 13-də Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən növbəti prosesdə müttəhim – ReAL Hərəkatının sədri İlqar Məmmədovun vəkili Fuad Ağayev cərimə olunub. Fuad Ağayev bildirib ki, səmərəli müdafiəyə şərait yaradılmayıb. Buna görə də ikinci dəfə məhkəmə tərkibinə etiraz edib: «Amma məhkəmə vəsatətimi baxılmamış saxladı, üstəlik, məni də prosesə mane olmaqda günahlandırıb 220 manat cərimələdi».
1390 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:07