Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2014

Rusiya yenidən qış vaxtına keçir

Bu barədə “İzvestiya” qəzetinə hökumətdəki mənbələrdən məlumat verilib.

Mənbənin bildirdiyinə görə, hazırda qış vaxtına keçmək çox çətindir: “Çünki, artıq dünya telekompaniyaları Soçidə keçiriləcək Olimpiya oyunları ilə bağlı yayım setkasını müəyyən ediblər və reklam müqavilələri bağlayıblar”.

“İzvestiya” qəzetinin mənbəsi onu da bildirib ki, yazda Rusiya vətəndaşları əlavə bir saat artıq yatacaqlar. Onun sözlərinə görə, hökumətin qərarı ilə saatın əqrəbləri bir saat geriyə çəkiləcək.

Qeyd edək ki, Rusiyada qış vaxtının ləğv edilməsi ilə bağlı qərar 2011-ci ildə hazırkı baş nazir Dmitri Medvedevin prezidentliyi dövründə verilib.
1455 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.02.17, 09:38
Vəkil izləndiyini deyir
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB