Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2014

Prokuror Ərdoğanı məhkəməyə verdi

Dünya Türkiyədə 17 dekabrda keçirilmiş rüşvətə qarşı mübarizə əməliyyatına əmr vermiş və buna görə də vəzifəsindən çıxarılmış keçmiş prokuror Zəkəriyyə Öz baş nazir Rəcəb Tayyib Ərdoğanı məhkəməyə verib.

Ans Türkiyə mətbuatına istinadən bildirir ki, “Sabah” qəzetinin xəbər şefi Şaban Aslanın da adının çəkildiyi şikayət ərizəsi İstanbul prokurorluğuna təqdim edilib. Ərizədə keçmiş prokuror özü ilə bağlı məlumatları qanundan kənar yollarla açıqlayan dövlət məmurlarını da məhkəməyə verib.

Öz, prokurorluğa verdiyi ərizəsində özü haqqında həqiqətdənkənar iddiaları xəbərə çevirdiyini iddia etdiyi “Sabah” qəzetinin nüsxələri ilə yanaşı həm də baş nazir Ərdoğanın mitinq meydanlarında dediyi sözləri dəlil olaraq göstərib. Özünə qarşı ittihamların əsassız olduğunu ifadə edən Öz "Vəzifədən sui-istifadə", "Böhtan", "Təhqir", "Hədəf göstərmə" və "Fərdi məlumatları qeyri-qanuni yollarla əldə etmə və yayma" ittihamları ilə şikayət edib.

Ərdoğan mitinqdə prokuror Özün əməliyyat öncəsi bir tikiniti şirkətinin pulu ilə 22 dəfə Dubaya səfər etdiyini iddia etmişdi. Zəkəriyyə Öz isə buna sübut tələb edir.
1244 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı