Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2014

Türkiyədə "You-Tube" qadağan olundu

Türkiyədə bəzi provayderlərlə dünyanın ən məşhur video paylaşımı portalı "You-Tube"a girmək mümkün deyil. "Milliyet" qəzeti xəbər verir ki, "Uydunet", "Kablonet" və "Kablonet" istifadəçiləri "You-Tube"a daxil ola bilməyiblər.

Məlumata görə, bu provayderin istifadəçiləri sayta daxil olarkən, "Bu portala girmək məhkəmə qərarı ilə məhdudlaşdırılıb" - yazısı ilə qarşılaşıblar.

Məsələyə açıqlıq gətirən "Uydunet"in müştəri xidmətləri ümumi bir problem olduğunu, bunun həlli istiqamətində iş aparıldığını deyib.

"Kablonet" müştəri xidmətləri isə quruma bu istiqamətdə hər hansı bir şikayət daxil olmadığını deyib.

"TTNet" və "Superonline" istifadəçiləri isə "You-Tube"a daxil olarkən heç bir problemlə qarşılaşmayıblar.

Mütəxəssislər burda ancaq haker ehtmalına diqqəti cəlb ediblər. Bildirilir ki, "Bu portala girmək məhkəmə qərarı ilə məhdudlaşdırılıb" - yazısını ancaq Telekommunikasiya nazirliyi yaza bilər./ans/
1480 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:13